Üç rəqibini əzişdirən gözəlçə - FOTO

6 May 2021 08:43

MMA döyüşçüsü Valeri Loreda yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Paraqvay əsilli amerikalı idmançı instaqram paylaşımı ilə bütün pərəstişkarlarını qəlbini oxşayıb.

O, açıq-saçıq pozada 4 şəklini paylaşıb. Bu da Loreda fanatlarının sayını daha da artırıb.

Qeyd edək ki, 22 yaşlı idmançı peşəkar döyüşlərdə 2019-cu ilin fevralında debüt edib. Ümumilikdə cəmi üç döyüşə çıxan Loreda bütün rəqiblərinə qalib gəlib.

Milli.Az