Bu gün peyvənd olunanların sayı açıqlandı

5 May 2021 16:49

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 778 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 957, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 821 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 566 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578 144 təşkil edir.

Milli.Az