Həkimlər test zamanı bunu edirmiş] İndoneziyada tibbi şirkətin koronavirusla bağlı dəhşətli fırıldağı üzə çıxıb.
Milli.Az big.az-a istinadən xəbər verir ki, şirkət istifadə edilmiş test çubuqlarını yuyub yenidən təkrar satırmış. Təkrar çubuqlardan hava limanındakı test məntəqəsində istifadə edilib. Şirkət 9 mindən test çubuğunu təkrar sataraq 125 min dollar gəlir edib. Aralarında şirkət rəhbərlərinin də olduğu 4 nəfər həbs edilib.
Testi həyata keçirən həkimlərin məsələdən xəbəri olub-olmadığı araşdırılır.
Milli.Az