"Arka sokaklar"ın aktyoru xərçəngdən əziyyət çəkir

5 May 2021 18:59

"Arka sokaklar" serialında rol alan aktyor Boğaç Aksoy xərçəng olduğunu açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 32 yaşlı sənətçi uzun müddətdir müalicə aldığını bildirib:

"Sevimli dostlarım, uzun müddətdir sizinlə deyiləm. Üzülərək deyirəm ki, linfa xərçənginə tutulmuşam. uzun müddət də ekranlarda olmayacam. Ən yaxın zamanda ayağa qalxmaq üçün əlimdən gələni edəcəm. Dualarını əskik etməyin".

Milli.Az