Koronavirus dünyanın ən yüksək zirvəsinə “ayaq açıb“ - 17 alpinist yoluxub

5 May 2021 17:59

Koronavirus epidemiyası dünyanın dəniz səviyyəsindən ən yüksək yeri olan Everest dağındakı alpinistlər arasında da yayılmağa başlayıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, düşərgələrdə qalan alpinistlərin göndərildiyi Katmandu xəstəxanalarında 17 nəfərin COVID-19 daşıyıcısı olduğu aşkar edilib.

Qeyd edək ki, Everestdə ilk dəfə aprelin 20-də norveçli alpinist Erlend Ness koronavirusa yoluxub.

Bütün bunlara baxmayaraq, Nepal hökuməti alpinistlərin müsbət virus testləri ilə bağlı hər hansı bir açıqlama verməkdən imtina edib.

Milli.Az