Onur Öymən: “Protokollar Türkiyə parlamentindən geri çağırılmalıdır”
29 Aprel 2010 11:20
Milli.Az xəbər portalı "Cihan" agentliyinə istinadən xəbər verir ki, o, xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə Böyük Millət Məclisindəki çıxışını tənqid edib: "Xarici işlər naziri elə danışır ki, elə bil Ermənistan Konstitusiya Məhkəməsinin qərarı yoxdur. Əslində, məhkəmənin qərarı protokolları boşa çıxarıb".
Azərbaycan ərazilərinin işğal edilməsinin və türkiyəli diplomatların qətlə yetirilməsinin tarixi bir hadisə olmadığını vurğulayan Onur Öymən deyib ki, Əhməd Davudoğlu TBMM-dəki çıxışında bu hadisələri xatırlatmayıb. CHP sədrinin müavini xarici işlər nazirinin "vaxtı gələndə protokolları ratifikasiya edəcəyik" bəyanatını da tənqid edib. O, Ermənistan prezidenti Serj Sarkisyanın son açıqlamalarından sitatlar gətirib. Siyasətçinin fikrincə, Türkiyə hökuməti ciddi tədbirlərə əl atmalı və protokolları TBMM-dən geri çağırmalıdır.
Milli.Az