Bakıda Dünya Kuboku hər zaman gözəllik və zəriflik bayramıdır - Azərbaycanlı gimnast

5 May 2021 12:27

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku hər zaman gözəllik və zəriflik bayramıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə azərbaycanlı gimnast, yay Universiadasının gümüş medalçısı, İslam Həmrəylliyi Oyunlarının qalibi Zöhrə Ağamirova deyib.

O, Dünya Kuboku ərəfəsində gündə 7-8 saat məşq etdiyini deyir:

"Fikrimcə, yaxşı hazırlaşmışam, dörd hərəkətin hər birini səhvsiz yerinə yetirərək finala çıxmağa çalışacağam. Mənim bütün hərəkətlər üzrə maraqlı proqramım var".

Gimnast əlavə edib ki, uzun müddət Milli Gimnastika Arenasında çıxış etməyib və Bakıdakı Dünya Kubokunu həyəcanla gözləyir:

"Bakıda Dünya Kubokunun keçirilməsinə icazə verilməsi xəbərini sevinclə qarşıladım. Yarışları xüsusi həyəcanla gözləyirəm. Bakıda bədii gimnastika üzrə Dünya Kuboku hər zaman gözəllik və zəriflik bayramıdır".

Milli.Az