Tramp yeni sayt yaratdı

5 May 2021 10:14

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarları ilə müzakirə aparmaq üçün yeni sayt yaradıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, https://www.donaldjtrump.com/desk adlı sayt "Campaign Nucleus" platformasında yığılıb və Trampa tərəfdarları ilə vasitəçisiz danışmağa imkan yaradır.

Sayta hələlik Trampın son vaxtlar etdiyi çıxışlar yerləşdirilib.

Qeyd edək ki, Feysbuk, Tvitter və Yutub kimi sosial şəbəkələr Donald Trampın hesablarını bloklayıb

Milli.Az