Bakının məşhur "Luna Parkı" yenidən qurulur - VİDEO - FOTO

5 May 2021 09:25

Bakının məşhur "Luna Park"ı bərpa edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakının 8 Noyabr prospektində yerləşən və uzun zamandır baxımsız qalan "Luna Park"da yenidənqurma, abadlıq işləri aparılır.

Xətai rayonunda yerləşən park 1875-ci ildə salınıb və əsasən "Qaraşəhər" deyilən yerdə yaradılan yaşıllıq üçün böyük işlər görülüb. Parkın torpağı əsasən cənub zonasından Bakıya gətirilib və park yaranandan sonra, suvarılma işləri xüsusi tankerlərlə Həştərxandan gətirilən suyun hesabına həyata keçirilib.

Sovet dövründə isə 1922-ci ildən bu ərazi rəsmi olaraq park statusunu alıb. Parkın adı ilk öncə Lunaçarski adını daşısa da, müstəqilliyimiz əldə olunduqdan sonra Nizami adına Mədəniyyət və İstirahət Parkı adlandırılıb.

Milli.Az