Bayden Putinlə iyun ayında Avropada görüşəcəyinə ümid edir

5 May 2021 07:11

ABŞ prezidenti Cozef Bayden iyun ayında Avropaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyinə ümid edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu C.Bayden Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistin V.Putinə görüşün keçirilməsi barədə təklif edilib-edilmədiyi barədə sualına cavabında deyib.

ABŞ prezidenti bildirib: "Mənim ümidim və gözləntim bundan ibarətdir. Biz bunun üzərində işləyirik".

Milli.Az