Ermənistanda baş qərargah rəisinin müavini vəzifədən azad edilib

4 May 2021 17:55

Ermənistan prezidenti Armen Sarkisyan silahlı qüvvələrin baş qərargah rəisinin müavini Karen Abramyanı vəzifədən azad edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə prezident müvafiq fərman imzalayıb.

Qeyd olunur ki, rəis müavini baş nazir Nikol Paşinyanın təklifi əsasında azad edilib.

Qərarın səbəbləri ilə bağlı məlumat verilməyib.

Milli.Az