Portuqaliyalı məşqçi Joze Mourinyo İtaliyanın "Roma" futbol klubunun baş məşqçisi təyin olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mourinyo 2021-22 mövsümündən etibarən "Roma"ya rəhbərlik edəcək.
Bu, onun İtaliyada ikinci işi olacaq. Mourinyo 2008-2010-cu illərdə Milan "İnter"inə rəhbərlik edib və iki İtaliya çempionluğunu, 2010-cu ildə Çempionlar Liqasını qazanıb.
Portuqaliyalı məşqçi ötən ay İngiltərənin "Tottenhem" klubundakı vəzifədən azad edilmişdi.
Milli.Az