İlanı dişləyib öldürdü - Həkimlər belə təəccüb içində

4 May 2021 19:14

Hindistanın Uttar Pradeş əyalətində Raj Kumar adlı kişi evinə girən ilan tərəfindən sancılıb. Maraqlısı budur ki, R.Kumar özünü qorumaq üçün ilanı dişləyərək öldürüb.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, xəstəxanaya aparılan kişinin vəziyyəti kritikdir.

Həkim baş verən olayla bağlı bu sözləri söyləyib:

"Xəstəxanamıza ilan sancdığı üçün gələnlər çox olub. Amma heç kim ilanı dişləməyib. İlana qarşılıq verən Kumar onu dişlədikdən sonra çeynəyərək parçalara ayırıb".

Milli.Az