Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 19 286 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 584 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 536 328, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 980 005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 556 323 təşkil edir.
Milli.Az