“Oskar” alan film plagiatlıqda ittiham olundu

4 May 2021 17:13

Tanınmış rejissor və ssenarist Sintiya Kao  qısametrajlı "Two Distant Strangers" filminin yaradıcılarını plaqiatda ittiham edib.

Milli.Az xəbər verir ki, bu barədə "What's on Netflix" xəbər yayıb.

O, iddia edir ki, 2016-cı ildə "Groundhog day for a black man" filmini çəkib. Onun süjeti Oskar mükafatına layiq görülən filmdə tamamilə təkrarlanıb: Qara dərili kişi evinə tələsir, lakin  polislə toqquşur və zaman düyününə düşür. Fərq isə ondadır ki, baş qəhrəman  anasının yanına deyil, itininin yanına tələsir.

Qeyd edək ki, "Two Distant Strangers" filmi "Ən yaxşı qısametrajlı film" mükafatına layiq görülüb.

Milli.Az