"Buradan müştəri götürə bilməzsən" - taksi sürücüləri arasında kütləvi dava - FOTO

4 May 2021 17:28

İstanbulun Esenler bölgəsində taksi sürücüləri arasında "müştəri almaq" uğrunda dava kameralara düşüb.

Milli.Az haberturk-ə istinadən xəbər verir ki, 5 taksi sürücüsünün tutulduğu dava anı cib telefonu kamerasına əks olunub. Hadisəni görənlər baş verənlərdən şoka düşüblər.

Kənardan gələn taksilərdən biri müştəri götürmək istərkən ərazidəki digər taksi sürücüləri ona hücum edib.  Ağır bədən xəsarətləri yetirdikləri şəxsi küçədən keçən vətəndaşlar  güclə onların əlindən alıb. Dava tərədən şəxslər həbs olunub.

Kamran Seyidov
Milli.Az