İsmayıllıda göldə batan gəncin meyiti tapılıb - FOTO

4 May 2021 21:09

İsmayıllı rayonunda dostları ilə göldə çimərkən batan oğlanın meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Zərbəliyev Həzi Hamlet oğlunun meyiti bu gün axşam saatlarında FHN-in dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Həzi Zərbəliyevin bir ay öncə ailə həyatı qurduğu bildirilir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az