Moskvada azərbaycanlılar arasında atışma: 2 ölü - FOTO

1 Fevral 2012 11:05
Milli.Az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, paytaxt polisi hadisə yerində 2 cəsəd aşkarlayıb.
Cəsədin biri yaşayış binasının blokunda, odlu silahla başından və qarnından vurulmuş halda tapılıb. Onun yanında travmatik tapança, həmin silaha, həmçinin od tüfənginə məxsus gilizlər aşkarlanıb.

Güman edilir ki, o şəxsi bir qədər aralıda "Skoda Octavia" avtomobilində tapılmış həmyerlisi öldürüb. Həmin şəxs yaralı halda maşını sürərək aradan çıxmağa çalışsa da, bir qədər getdikdən sonra sükan arxasındaca dünyasını dəyişib. Avtomobildən pompalı tüfəng və güllələr tapılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.