Müğənni Aslanın ölümü ilə bağlı tükürpədən məqam

4 May 2021 15:10

Bu gün yol qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncədən anasının yas mərasimindən qayıdırmış.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, A.Hüseynovun anası ötən həftə dünyasını dəyişib. Müğənni də dünən anasının 7 mərasimində iştirak etmək üçün Gəncə şəhərinə gedib.

Bu gün səhər saatlarında Gəncədən Bakıya qayıdan A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində yol qəzasına düşüb və nəticədə dünyasını dəyişib.

Milli.Az