Müğənninin ölümü ilə nəticələnən yol qəzasının TƏFƏRRÜATI

4 May 2021 14:46

Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov yol qəzasında ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Trend-ə açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynov qəzada vəfat edib.

A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW" markalı avtomobillə qarşıda hərəkət edən "Kamaz" markalı yük avtomobili ilə toqquşub.

Müğənni hadisə yerində vəfat edib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az