Aslan Hüseynovun ölümü təsdiqləndi - RƏSMİ - FOTOlar - YENİLƏNİB

4 May 2021 14:35

14:36

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenant Namidan Piriyev Trend-ə açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynov qəzada vəfat edib.

A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW" markalı avtomobillə qarşıda hərəkət edən "Kamaz" markalı yük avtomobili ilə toqquşub.

-------

14:20

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Priyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynovun qəzaya düşərək vəfat etməsi xəbəri yalandır: "Avtomobil Aslan Hüseynovun adına olub, özü maşında olmayıb. Qəzada sürücü vəfat edib".

--------

14:05

Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişdi.

Milli.Az bildirir ki, Baku TV-nin əldə etdiyi məlumata görə, müğənni Qaradağda avtomobil qəzası zamanı ağır yaralanıb.

O, xəstəxanaya çatdırılsa da orada keçinib.

Milli.Az