Livanla İsrail dəniz sərhədlərinin demarkasiyası ilə bağlı danışıqlara başlayıb

4 May 2021 16:50

Livan və İsrail arasında dəniz sərhədlərinin demarkasiyası üzrə danışıqlar bərpa olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, danışıqlar ABŞ və BMT-nin vasitəçiliyi ilə keçirilir.

Bu, tərəflər arasında demarkasiya üzrə danışıqların beşinci raundudur.

Qeyd edək ki, Livan və İsrail arasında Aralıq dənizində 860 kvadrat kilometrlik mübahisəli ərazi mövcuddur.

Milli.Az