Mourinyonun yeni klubu

4 May 2021 19:52

"Roma" yeni baş məşqçisinin adını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu mövsüm başa çatdıqdan sonra İtaliya təmsilçisini "Tottenhem"in sabiq baş məşqçisi Joze Mourinyo çalışdıracaq. Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Roma" bu gün baş məşqçisi Paulo Fonseka ilə bu mövsümün sonu yolları ayıracağını açıqlayıb.

Xatırladaq ki, J.Mourinyo ötən ay "Tottenhem"in baş məşqçi vəzifəsindən istefaya göndərilib. O, daha əvvəl İtaliyada "İnter" klubunu çalışdırıb.

Milli.Az