Braziliyada müəllim və üç şagird qətlə yetirilib

4 May 2021 19:54

Braziliyada məktəbdə müəllim və üç şagird öldürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Santa-Katarina ştatında baş verib.

Bildirilir ki, yeniyetmə iri bıçaqla müəllimə və şagirdlərə zərbələr endirib.

Polis hadisəni tərədən şəxsi saxlayıb.

Araşdırma aparılır.

Milli.Az