FETÖ-nün Afrika qolunun rəhbəri saxlanıldı

4 May 2021 13:26

Fətullahçı Terror Təşkilatının (FETÖ) Afrika qolunun qurucusu İbrahim Tatar İstanbulda keçirilən polis əməliyyatı nəticəsində saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətlə Mübarizə Şöbəsinin qrupları FETÖ-nü deşifrə etmək üçün koordinasiyalı səylər çərçivəsində təşkilatın Ümraniyedəki evində əməliyyat keçirib.

Əməliyyat nəticəsində FETÖ-nün Afrika qolunun qurucusu, təşkilatın vacib fiqurlarından olan İbrahim Tatar nəzarətə alınıb.

Ünvanda aparılan axtarışlarda çox sayda rəqəmsal material, təşkilati sənəd və bir qədər pul aşkarlanaraq götürülüb.

Milli.Az