Emreli "Qarabağ"dan ayrılır: Yeni klubunda illik maaşı bəlli oldu

4 May 2021 11:49

Mahir Emreli Polşanın "Legiya" klubu ilə razılığa gəlib.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Varşava təmsilçisi müqavilə imzalamağa hazırlaşır. "Legiya" Emreliyə illik 300 min avro məbləğində maaş və 3 illik müqavilə təklif edib. Bundan əlavə, klub tərəfindən Azərbaycan millisinin üzvünə aşağıdakı təkliflər olunub:

1. Polşada titullar qazanmaq və Avropada çıxış etmək.

2. Varşavada çox yaxşı yaşayış şəraiti.

3. Maksimum 2 mövsümdən sonra yüksək qiymətə satış potensialı.

4. "Legiya"nın ən çox qazanan futbolçusu olmasa da, yaxşı maaş təklifi (300 min avro). 

Qeyd edək ki, 2015-ci ildən "Qarabağ"ın şərəfini qoruyan Mahir Emreli cari mövsüm 16 qol vurub.

"Legiya" klubu Polşa çempionatında 2020-21 mövsümü üzrə çempionluğunu rəsmiləşdirib.

Milli.Az