Minik maşını mikroavtobusla toqquşub, 5 nəfər xəsarət alıb

4 May 2021 11:34

Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Xaldan şosesinə çıxış istiqamətində baş verib.

"VAZ-21099" markalı minik maşını yük daşıyan kiçik tutumlu "Ford" markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-nə yerindəcə yardım edilib. İki qadın sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az