Rozadan Elzaya sərt sözlər: "İlhamə ilə kişi üstündə bir-birinizi qırırdınız" - VİDEO

4 May 2021 11:27

Əməkdar artist Elza Seyidcahanla həmkarı Roza Zərgərli qalmaqalı daha da alovlanıb.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, adları daim şou-biznesin qalmaqallarında hallanan iki məşhur yenidən gündəmə gəlib.

"Efirdən elə danışırlar ki, guya heç kim bilmir bunların qabında nə var. Sənət göstərməklə yox, cərrahları gəzməklə, çıxıb özlərinin ora-burasını göstərməklə məşğuldurlar. Üzlərini o qədər dartdırırlar ki, ağılları da dartılıb yox olub".

Ötən həftə Elza Seyidcahanın səsləndirdiyi bu fikirlər Roza Zərgərlini özündən çıxarıb.

"Gözün götürmür məni? Gəl sübut elə ki, mən əməliyyat etdirmişəm. Mən sənin üçün İlhamə Quliyeva deyiləm. İlhamə ilə kişi üstündə bir-birinizi qırırdınız. Mənim səninlə bölüşdürməli kişim yoxdur".

Milli.Az