Fransa Misirə 30 qırıcı verir - Kreditlə

4 May 2021 10:49

Misir Fransadan 30 ədəd "Rafale" qırıcısı alacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Misir Müdafiə Nazirliyi yayıb. Qahirənin qırıcıları 10 il ərzində ödənilməsi planlaşdırılan kredit hesabına alacağı bildirilib.

Nazirlik razılaşmanın dəyərini açıqlamayıb.

Misir KİV-ləri isə qeyri-rəsmi mənbələrə əsasən, razılaşmanın 4,5 milyard dollar dəyərində ola biləcəyini yazıblar. Bu razılaşma əsasında Misirin Fransadan təkcə qırıcılar yox, həm raketlər və qurğular da alacağı bildirilib.

Milli.Az