Meksikada FACİƏ: - 15 ölü, 80 yaralı - VİDEO

4 May 2021 10:29

Meksikanın paytaxtı Mexiko şəhərində qatar keçdiyi zaman metro körpüsü çöküb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər meri Klaudia Şaynbaum hadisə nəticəsində 15 nəfərin həlak olduğunu, təxminən 80 nəfər xəsarət aldığını bildirib.

Hadisə Mexikonun cənub-şərqində, Olivos və Tesonko stansiyalarının yaxınlığında baş verib.

Metro körpüsünün qatarla birlikdə çökdüyü bildirilib.

Milli.Az