Bakıda avtomobil azyaşlı bacıları vurdu

4 May 2021 09:27

Bakıda piyadaların xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Məmmədli Aysel Cavid qızı və 2015-ci il təvəllüdlü Məmmədli Həvva Cavid qızını avtomobil vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Milli.Az