“Azərbaycan kəlağayıları çox möhtəşəmdir” - Britaniya səfiri - FOTO

4 May 2021 08:32

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Azərbaycan kəlağayılarına heyran olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.

"Bu gün Azəripək zavoduna baş çəkdim. İpək istehsalı prosesi həyəcanverici idi və kəlağayılar çox möhtəşəm idi", - britaniyalı diplomat yazıb.

C.Şarpın bu paylaşımı azərbaycanlı izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Onlar səfirə Azərbaycan mədəniyyətinə göstərdiyi diqqətə görə təşəkkürünü bildiriblər.

Milli.Az