Moskvada mehmanxanada yanğın olub, ölənlər var

4 May 2021 08:02

Rusiyanın paytaxtının cənub-şərqində mehmanxanada yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda yanğın söndürülüb. Hadisə yerində üç nəfər cəsəd tapılıb.

Rusiya Fövqəladə hallar nazirliyindən verilən məlumatda yanğının birinci mərtəbədə və dəhlizdə olduğu bildirilir. Xilas edilənlərin sayı dəqiqləşdirilir.

Milli.Az