Alyaskada ABŞ silahlı qüvvələrinin təlimləri keçirilir

4 May 2021 09:00

Alyaskada ABŞ-ın 15 min hərbçisinin iştirakı və 240 müxtəlif növlü təyyarənin istifadəsi ilə "Northern Edge 2021" ("Şimal diyar - 2021) hərbi təlimləri başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Təlimlərdə ABŞ Hərbi hava qüvvələri, Quru qoşunlar (Ordunun), Hərbi dəniz qüvvələri və Dəniz piyada korpusu, habelə "Theodore Roosevelt" (Teodor Ruzvelt) hərbi aviadaşıyıcısı və onu müşayiət edən gəmilər iştirak edir.

Milli.Az