Venesuelada 55 yeniyetmə cinayətkar qaçıb

4 May 2021 08:13

Venesuelanın paytaxtı Karakasda yerləşən saxlanılma mərkəzindən 55 yetkinlik yaşına çatmayan şəxs saxlanma mərkəzindən qaçıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, onlar qazdıqları yeraltı tuneldən istifadə ediblər.

Qeyd edilir ki, aprelin sonunda oxşar olay ölkənin Karabobo ştatında baş verib. O zaman 30 məhkum qazdıqları tuneldən istifadə edərək həbsxanadan qaça biliblər.

Milli.Az