"Torino" "Parma"ya qalib gəldi

4 May 2021 07:45

İtaliya Futbol Çempionatının 34-cü turunda "Parma" səfərdə "Torino"ya 0:1 hesabı ilə məğlub olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qolu 63-cü dəqiqədə Mergim Voyvoda vurub.

Turnir cədvəlində "Torino" 34 xalla 15-ci yeri tutur. "Parma" 20 xalla 19-cu pilləyə düşərək B Seriyasına keçib.

Növbəti turda "Torino" "Verona" ilə, "Parma" isə "Atalanta" ilə qarşılaşacaqlar. Hər iki görüş 9 mayda baş tutacaq.

Milli.Az