Bakıda ev yandı, yaralı var

1 Fevral 2012 09:44
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, yanğın yanvarın 31-də axşam saatlarında Mirəli Qaşqay küçəsi 63A ünvanında qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər gəliblər. Yanğının qarşısı alınıb.

Həmin mənzildə yaşayan 41 yaşlı Cəmil Ağayev ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri məlum deyil.

Anar Məmmədov
Milli.Az