Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

3 May 2021 23:55

Saatlıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Saatlı rayonunun Potubəyli kəndində baş verib. 

"Mercedes" markalı avtomobil həmin kəndin sakinini vuraraq öldürüb. 

Piyadanın kimliyi müəyyənləşdirilir.  

Faktla bağlı araşdırma aparılır.

Milli.Az