Pakistanda avtobus qəzası - 13 ölü

3 May 2021 22:40

Pakistanın Pəncab əyalətində avtobus qəzası nəticəsində 13 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəzaya səbəb sürücünün sürət həddini aşması nəticəsində idarəetməni itirməsi olub. Avtobus yoldan çıxaraq aşıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Milli.Az