"Azərbaycan Rusiyaya etibar edə bilər" - Sergey Markov

4 May 2021 00:27

"Kommunikasiyaların, xüsusən də Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa əlaqə baxımından ilk növbədə Azərbaycan üçün faydalıdır. Bu kommunikasiya eyni zamanda yüklərinin Aralıq dənizinə çıxışı cəhətdən Rusiyaya da çox faydalıdır".

Bunu Milli.Az-a açıqlamasında politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

Rusiyalı politoloq bildirib ki, Rəsmi Bakı ərazilərin minalardan təmizlənməsində yardım almaq məsələsini BMT-nin qarşısına sərt şəkildə qoymalıdır:

"Cənubi Qafqazın inkişafı ilə bağlı müzakirələrə həsr olunmuş mətbuat konfransı, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsini rəsmi Bakı beynəlxalq təşkilatlar vasitəsilə fəal şəkildə gündəmdə saxlamalı, tez-tez yadlarına salmalıdır.

Rəsmi Bakı işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsində yardım almaq məsələsini BMT-nin, BMT Təhlükəsizlik Şurasının qarşısına sərt şəkildə qoymalıdır. Bu vəziyyətdə Azərbaycan höküməti Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiyanın da dəstəyinə etibar edə bilər".

Təhməz Əsədov
Milli.Az