Rusiyadan gedən gəmidə 11 nəfərdə koronavirus aşkarlandı

3 May 2021 17:56

Rusiyanın Sankt-Peterburq şəhərindən Finlandiyanın paytaxtı Helsinki limanına gələn konteyner gəmisində 11 nəfərdə koronavirus aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, virusa yoluxan şəxslər gəmidə karantinə alınıb.

Heyət üzvlərindən bir nəfəri Helsinkidə xəstəxanaya yerləşdirilib. Digərlərinin vəziyyətinin yaxşı olduğu deyilir.

Ümumilikdə, "Valencia Express" gəmisində 24 heyət üzvü olub.

Milli.Az