Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

4 May 2021 23:19

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana rəsmi səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirəcək.

Bildirilir ki, səfərdə baş naziri onun müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edəcək.

Milli.Az