Maska taxmayan turist polisə əxlaqsız təklif etdi - VİDEO

3 May 2021 19:16

Türkiyənin Antalya şəhərində Litva əsilli ingilis turist qadın polisə əxlaqsız təklif edib.

Milli.Az azxəbər-ə istinadən xəbər verir ki, qadın polis maska taxmayan turistin yanına yaxınlaşıb. Turist maska taxmaqdan imtina edib və digər polis əməkdaşına yaxınlaşaraq əxlaqsız təklif edib. Həmçinin bunu qəbul etməyən turist qadın polisə müqavimət göstərməyə başlayıb.

Turistə polisə müqavimət, əxlaqsızlıq və maska taxmamaq səbəbindən cinayət işi başlanılıb.

Milli.Az