Avropa İttifaqında vaksinlərin tələbatdan artıq olması problemi yaranır

3 May 2021 20:30

Ən kasıb ölkələrdə COVID-19 əleyhinə vaksinlərin kəskin çatışmazlığı fonunda Avropa İttifaqına üzv dövlətləri tədricən əks xarakterli problemlə qarşılaşmağa başlayırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, burada vaksinlərin tələbatdan artıq təchizatı hər həftə artır. Buraya əslində tələb olunandan daha çox dərman gətirilir. Bu, üçüncü dünya ölkələrində pandemiyadan insan ölümünün davam etdiyi fonda baş verir.

Məsələn, Çex Respublikasını götürək. Burada hesablayıblar ki, hər gün orta hesabla 100000 doza vaksin vurulmasa, vaksinasiya sistemində problemlər yaranacaq. Ölkədə istifadə olunmamış vaksin ehtiyatı yığılmağa başlayacaq.

Bu, yalnız Çex Respublikasında deyil, bir çox digər Aİ ölkələrində də mövcuddur ki, bu da koronavirus əleyhinə vaksinlərin beynəlxalq paylanması disbalansının daha bir sübutudur.

Milli.Az