Hollivud aktyorunun Səfurə Əlizadənin klipinə çəkilməsi yalan çıxdı
29 Aprel 2010 10:45
İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədovun verdiyi məlumata görə, sözügedən aktyoru "Drip Drop" klipində görmək sadəcə Səfurə Əlizadənin arzusu olub və onun dilindən çıxan bu istəyi mətbuat sonradan həqiqət kimi qələmə verib.
Səfurə Əlizadənin "Drip Drop" mahnısına klipin hazırlanmasında 2004-cü ildə "Eurovision"un qalibi olmuş Ruslana və onun həyat yoldaşı, tanınmış prodüser Aleksandr Ksenofontov iştirak edib. "Drip Drop" klipində təmsilçimizlə ukraynalı rəqqaslar çəkilib.
"Drip Drop" mahnısının klipi artıq hazırdır və tamaşaçılar klipi bu gün həm İTV, həm də "itv.az" saytı vasitəsilə seyr edə biləcəklər.
Xatırladaq ki, "Drip Drop" mahnısının müəllifləri isveçli Anders Bagge, Stefan Örn və Sandra Bjurmandır. Mahnının aranjimanı isə tanınmış prodüser Niklas Fliktə aiddir. Klipin rejissoru Rubert Ueynrayt, Səfurə Əlizadənin xoreoqrafı JaGuel Nayt, stilisti isə Tanya Cilldir.
ANS PRESS