"L'Oreal" fırıldaqla məşğul olur? - FOTO
1 Fevral 2012 20:06
Milli.Az "Entertğaiment"ə istinadən bildtirir ki, məşhur aktyor Deniel Kreyqin ötən il ailə həyatı qurduğu Hollivud ulduzu, aktrisa Reyçel Vaysın çəkildiyi reklam kampaniyası potensial alıcıların aldadılmasına yönəlmiş "fırıldaqçılıq" hesab olunub.
Britaniya Reklam Standartları Assosiasiyası (Advertising Standards Authority, ASA) "L'Oreal" konserninin yeni "L'Oreal's Revitalift Repair 10" məhsulunun reklamlarında 41 yaşlı Reyçel Uaysı "Adobe Photoshop" və aeroqraf proqramlar vasitəsilə ən azı 20 il "cavanlaşdırdığını" bildirirərək həmin reklamı yasaqlayıb.
Britaniya Kral Psixiatiya Kolleci bəyan edib ki, kütləvi informasiya vasitələrində fırıldaq yolu ilə "cavanlaşdırılmış" qadın obrazlarından istifadəyə əsaslanan reklamlar insanların sağlamlığına ziyan vurur: "Belə reklamlardakı obrazlar real, gerçək həyatdakı fərqli olmalıdır. Lakin rəqəmsal "emal"dan sonra reklam obrazları reallıqdan çox uzaqlaşır".
"L'Oreal" iddiaları rədd edərək bildirib ki, Reyçel Uaysın fotoları studiyada peşəkar fotoqraflar tərəfindən çəkilib: "Bu zaman işıq-kölgə münasibətlərindən ustalıqla istifadə olunub".
Bununla yanaşı, şirkət fotonun "azacıq retuş" olunduğunu da etiraf edib.
Milli.Az
Fotolar: Getty İmages