"Eurovision" səhnəsi belə görünəcək - FOTOlar

3 May 2021 18:01

"Eurovision 2021" mahnı müsabiqəsinin başlamasına sayılı günlər qalıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yarışmanın rəsmi saytında səhnənin artıq qurulduğu nümayiş olunub. Rotterdamda "Ahoy" arenasında keçiriləcək tədbirin hazırlıqları davam edir.

Azərbaycanı yarışmada təmsil edəcək Samirə Əfəndi mayın 8-də Rotterdama gedəcək. Onlar pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərə görə 3 qrup halında "Eurovision"a gedəcəklər. 

Qeyd edək ki, yarışma mayın 18-dən 22-nə kimi keçiriləcək. Samirə gecədə "Mata Hari" mahnısını səsləndirəcək.

Milli.Az