Monqolustanda güclü zəlzələ olub - Təkanlar Rusiyada da hiss edilib

3 May 2021 17:18

Monqolustanda Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Xubsuqul gölü yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.

Qeyd olunur ki, 3-4 bal gücündə yeraltı təkanlar Rusiyanın İrkutsk vilayətində də hiss olunub.

Milli.Az