20 illik dostunun sevgilisini öpmək istədi - ÖLDÜRÜLDÜ - FOTO

3 May 2021 15:38

Böyük Britaniyanın Hall şəhərinin 30 yaşlı sakini Yanuş Stradomski 20 ildən çox dostlq etdiyi 28 yaşlı Şimon Kaminski tərəfindən qətlə yetirilib.

Mili.Az big.az-a istinadən xəbər verir ki, bu barədə "Hall Live" yazır.

Hadisə keçən ilin oktyabrında baş verib. İki dost Kaminskinin evində içki içiblər. Həmin vaxt Şimonun sevgilisi də evdə olub. Qızın sözlərinə görə, sevgilisi yatmağa gedəndə sərxoş halda olan Stradomski onu öpməyə çalışıb.

Ertəsi gün cütlük Stradomskinin evinə gələrək pəncərələrinin şüşəsini qırıb. Bundan əlavə, Kaminski öz dostuna dəmiryolu körpüsündə görüş təyin edib.

Müşahidə kamerasından da göründüyü kimi, Kaminski iki dəfə Stradomskinin üzündən vurub, nəticədə Stradomski kürəyi üstə yıxılıb və başından zədələnib. Cinayəti törədən şəxs təcili tibbi yardıma xəbər vermədən hadisə yerini tərk edib.

Zərərçəkən şəxs isə yoldan keçənlərin köməyi ilə xəstəxanaya çatdırılıb. Kəllə sümüyünün sınması nəticəsində Stradomskinin beyninə qan sızıb və o, oktyabrın 29-da ölüb.

Kaminski cinayəti boynuna alıb və 5 il müddətinə həbs olunub.

Qeyd edək ki, ailəli olan Stradomskinin 3 yaşlı oğlu olub.

"Şimonun Yanuşa yardım etmək üçün heç nə etmədiyinə inana bilmirəm. Bu hadisə mənim həyatımı məhv etdi və övladımı atasız qoydu", - deyə Kaminskinin həyat yoldaşı bildirib.

Milli.Az