Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?

3 May 2021 12:20

Dişlərdə əyrilik balanslı olmayan üz və çənə quruluşuna səbəb olur. Ortodontik müalicə ilə siz tez bir zamanda istədiyiniz gülümsəməni əldə edə bilərsiniz. Uşaqlarda olduğu kimi, böyüklərdə də bu prosesi etmək mümkündür, çünki ortodontik müalicə üçün yaş həddi yoxdur. Daha aşağı yaşlarda çənə tam formalaşmadığı üçün belə müalicə daha asan və qısamüddətli olur, lakin istənilən yaşda breketlərlə bu problemi aradan qaldırmaq mümkündür.

Səbəbindən asılı olmayaraq diş əyrilikləri yaş ötdükcə daha da artır və bunun qarşısı alınmadığı halda ağız boşluğunda həm funksional, həm də estetik cəhətdən daha ciddi problemlər yaradır. Digər tərəfdən, çənə sümüyünün düzgün şəkildə bağlanmadığı vəziyyətdə hər çeynəmə əməliyyatı gicgah-çənə oynağında travmaya səbəb olur və çeynəmə, danışma funksiyalarında problemlər yaradır.

Diş əyrilikləri həmçinin, dişlərin fırçalanmasını çətinləşdirir və bu da öz növbəsində qida qalıqlarının ağız boşluğunda toplanmasına, nəticədə dişlərdə çürüklərin yaranmasına, ağızdan xoş olmayan qoxu gəlməsinə, diş əti xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Sağlam diş klinikasında dişlərinizdə olan ortodontik problemləri indi aylıq cəmi 100 AZN hissəli ödənişlə müalicə edə bilərsiniz!

Diş əyriliklərinin breketlə müalicəsi peşəkar ortodont Dr. Sadiq Qasımov tərəfindən həyata keçirilir.

Ünvan: Tbilisi pr. 49B, Çıraq plazanın yanı.
Əlaqə nömrəsi: (012) 5250050/51⠀

https://saglamdish.az/